Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

A- A A+

Qazaxıstanda enerji obyektlərinin yoxlanılması zamanı pilotsuz uçuş aparatlarından istifadə olunur.

NUHÇIXAN Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, dronlardan Qaragandı vilayəti üzrə Dövlət Enerji Nəzarəti və Kontrolu Komitəsinin ərazi departamenti istifadə edir.

Onların köməyi ilə hava elektrik ötürücü xətləri, bina və qurğular, tüstü boruları və digər çətin əlçatan sahələr vizual şəkildə yoxlanılır.

Aerofoto və videoçəkilişlər avadanlığın texniki vəziyyətini ətraflı qiymətləndirməyə, nasazlıqları və potensial riskləri vaxtında aşkar etməyə, həmçinin yoxlamaların nəticələrini sonrakı təhlil üçün qeydə almağa imkan verir.

Müasir texnologiyaların tətbiqi dövlət enerji nəzarətinin operativliyini və səmərəliliyini artırır, regionun enerji infrastrukturunun etibarlı fəaliyyətinin təmin olunmasına töhfə verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: