Cənubi Afrikanın Qərbi Keyp əyalətində iki mikroavtobus və bir universal avtomobilin toqquşması nəticəsində 21 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Yol Hərəkətinin İdarə Edilməsi Korporasiyası məlumat yayıb.
Hadisənin səbəbləri və qəzanın digər təfərrüatları barədə hələlik məlumat verilməyib. Araşdırmalar aparılır.
