Qırğızıstanda işsizlik səviyyəsi 3 faizə enib

A- A A+

Qırğızıstanda işsizlik səviyyəsi hazırda 3 faizə yaxındır.

NUHÇIXAN Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və ticarət nazirinin birinci müavini Çoro Seyitov komitə iclasında məlumat verib.

İclasda çıxış edən millət vəkili Ümbetali Kıdırəliyev beş il əvvəl bu göstəricinin 5,5 faiz olduğunu xatırladaraq, azalmanı ölkədə yeni iş yerlərinin və müəssisələrin açılması ilə əlaqələndirib. Deputat, həmçinin iqtisadi artım sayəsində orta aylıq əməkhaqqının da yüksələrək 45-49 min som təşkil etdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: