Albaniyada jurnalistlər məhkəmənin yeni qaydalarına etiraz edir

A- A A+

Albaniya Jurnalistlər Assosiasiyası Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yeni qaydalarına etiraz edib.

NUHÇIXAN Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, assosiasiya qaydaların jurnalistlərin məhkəmədə baş verənlər barədə məlumat toplamasını çətinləşdirdiyini və media azadlığını məhdudlaşdırdığını bildirərək Konstitusiya Məhkəməsinə müraciət edib. Assosiasiyanın sədri bildirib ki, yeni qaydalar qəbul edilərkən jurnalistlərlə məsləhətləşmə aparılmayıb.

Sentyabrın 1-dən qüvvədə olan qaydalara əsasən, jurnalistlərin məhkəmə iclaslarına mobil telefonla daxil olması qadağandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: