Pentaqon əməkdaşlarına UNO məlumatlarını açıqlamağa icazə verib

A- A A+

ABŞ Müdafiə Nazirliyi hazırkı və keçmiş əməkdaşlarına uçan naməlum obyektlərlə (UNO) və naməlum anomal hadisələrlə bağlı məlumatları açıqlamağa icazə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun saytında yayılan bəyanatda bildirilib.

Sənədə əsasən, Prezident Donald Trampın göstərişi ilə məxfi məlumatların açıqlanmaması tələbinə istisna tətbiq edilib. Bu, əməkdaşlara UNO-larla bağlı məlumatları xüsusi nümayəndələrə təqdim etməyə imkan verir.

Pentaqon bildirib ki, məlumatları açıqlayan hazırkı və keçmiş əməkdaşlar təqib olunmaqdan və məxfi məlumatlara çıxışlarını itirməkdən qorxmamalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: