Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

A- A A+

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Vuçiç bu barədə “Pink” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, sentyabrın 9-da Serbiya Prezidenti Milli Məclisin buraxılması və oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarları təsdiqləyib.

Vuçiç daha əvvəl seçkilərə adi vətəndaş kimi qatılacağını açıqlamışdı. Hakim Serbiya Proqressiv Partiyasının sədri Miloş Vuçeviç isə onun partiyanın seçki siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd olacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: