NUHÇIXAN xəbər verir ki, Böyük Britaniya üçün pul istehsal edən hökumətə məxsus “Royal Mint” şirkəti “Şerlok Holms” əsərinə həsr olunmuş yeni 50 qəpik təqdim edib.
Sikkə 1859-cu il mayın 22-də dünyaya gələn əsərin müəllifi Ser Artur Konan Doylun 160 illiyinə həsr olunub.
“Royal Mint”in internet saytında sikkələrin müxtəlif versiyaları var. Sikkələrin bir üzündə Şerlok Holmsun təsviri, digər üzündə isə ən məşhur sərgüzəştlərinin adları qeyd edilib.
Sikkələrin dizayneri Stefen Rov bildirib ki, mətnin sirrini anlamaq üçün yeganə yol böyüdücü şüşədən istifadə etməkdir. Bu, Holmsun ən sevdiyi avadanlıq idi.