İranda "Boeing 737" texniki nasazlıq səbəbindən məcburi eniş edib

A- A A+

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd şəhərində məcburi eniş edib.

NUHÇIXAN xəbər verir ki, hadisə Məşhəd–Kermanşah reysi zamanı baş verib. Pilot uçuş zamanı fövqəladə vəziyyət elan edib və təyyarə geri qayıdaraq Məşhəd hava limanına enib.

Hadisədən sonra hava limanının uçuş-enmə zolaqlarından biri müvəqqəti olaraq bağlanıb.

"Al Arabiya" telekanalının yayımladığı təyyarədaxili görüntülərdə isə uçuş zamanı güclü turbulensiya səbəbindən salondakı baqaj rəflərinin dağılmağa başladığı görünür. Nəticədə çamadanlar və sərnişinlərin şəxsi əşyaları salona düşərək bəzi sərnişinlərin üzərinə çırpılıb. Telekanalın məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: