Media: Seul ABŞ-dən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir

A- A A+

Cənubi Koreya hərbi məqsədlər üçün istifadə oluna bilən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Şimali Koreyanın beynəlxalq təhlükəsizlik üzrə analitiki Çoe Cu-hyonun Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Seul ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılaşmaya dəyişiklik edərək nüvə yanacağı üçün zənginləşdirilmiş uranın tədarükünə və uranın zənginləşdirilməsi hüququna nail olmağa çalışır.

Çoe Cu-hyon bu təşəbbüsü Cənubi Koreyanın nüvə sualtı qayığı hazırlamaq planları ilə əlaqələndirib.

Şimali Koreya bu prosesi ABŞ-nin qeyri-nüvə müttəfiqlərinə hərbi nüvə texnologiyalarının ötürülməsinin genişlənməsi kimi qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: