BMT: Süni intellektlə bağlı risklər təcili tədbirlər görülməsini tələb edir

A- A A+

Süni intellektin inkişafı ilə bağlı risklər realdır və onların qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə deyib.

“Süni intellektdən qaynaqlanan risklər çox realdır, mövcuddur və indi həll edilməlidir”, – deyə Dujarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, süni intellektin yaratdığı potensial təhlükələrə vaxtında diqqət yetirilməsi vacibdir.

Qeyd edək ki, sentyabrın 12-də “Anthropic” şirkətinin baş direktoru Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişafının yavaşladılmasına çağırıb. Bu fikri “SpaceX” şirkətinin təsisçisi İlon Mask və “OpenAI” şirkətinin baş direktoru Sem Altman da bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: