2035-ci ilədək Türkiyənin enerji şəbəkələrinə 28 milyard dollar investisiya yatırılması planlaşdırılır

A- A A+

2035-ci ilədək Türkiyənin enerji şəbəkələrinin inkişafına 28 milyard dollar investisiya yatırılması planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

A.Bayraktar elektrik enerjisinə artan tələbat fonunda milyonlarla istehlakçıya elektrik enerjisinin təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən müasir paylayıcı şəbəkələrin mövcudluğunun vacibliyini vurğulayıb.

“Son 20 ildə Türkiyədə elektrik enerjisi xətlərinin uzunluğu 43 min kilometrdən 77 min kilometrədək, yəni 80 faiz artıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Energetika Nazirliyinin prioritetlərindən biri yüksəkgərginlikli sabit cərəyan vasitəsilə elektrik enerjisinin ötürülmə texnologiyalarıdır.

“Türkiyənin yeni enerji arxitekturası”na uyğun olaraq, ümumi uzunluğu təxminən 9580 kilometr, gücü isə 28 QVt olan yüksəkgərginlikli sabit cərəyan xətləri yaradacağıq. Bundan əlavə, 15 min kilometr yeni dəyişən cərəyan elektrik ötürücü xəttini istismara verəcəyik”, – deyə naziri vurğulayıb.

O, elektrikləşməni “enerji transformasiyasının fundamental elementlərindən biri” adlandırıb və əlavə edib ki, Antalyada keçiriləcək COP31 çərçivəsində dünyaya çatdıracaqları ən mühüm mesajlardan biri məhz elektrikləşməyə həsr olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: