ABŞ rəsmiləri həftənin əvvəlində Oman Sultanlığında husilərlə görüş keçiriblər.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, görüş zamanı husilər ABŞ gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və atəşkəsə sadiq qaldıqlarını bildiriblər.
Məlumata əsasən, görüşdə ABŞ tərəfi Oman Sultanlığında fəaliyyət göstərən səfirlik əməkdaşları ilə təmsil olunub. Husilərin nümayəndə heyətinə isə Maskatda yerləşən yüksək vəzifəli bir şəxs rəhbərlik edib.
