Amerikalı iş adamı “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib

A- A A+

ABŞ-dən olan iş adamı Todd Bouli “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iş adamının klubdakı payını “Clearlake Capital Group” ("Clearlake") şirkəti əldə edəcək. Hansyörq Viss “Çelsi”də əhəmiyyətli səhmdar və tərəfdaş olaraq qalacaq. “Clearlake”, həmçinin klub üzərində tam nəzarəti ələ keçirəcək.

İstefası ilə bağlı “Çelsi”nin rəsmi saytına danışan Todd Bouli bunları deyib: “Bu vəzifədə çalışmaq mənim üçün şərəf idi. Klubun parlaq gələcəyinin təmin edilməsinə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Əminəm ki, “Clearlake”in rəhbərliyi altında Çelsi davamlı uğurlar qazanacaq”.

Qeyd edək ki, 2022-ci ildə rusiyalı iş adamı Roman Abramoviç “Çelsi”nin səhmlərini Todd Boulinin konsorsiumuna satıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: