Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

A- A A+

Almaniya hökuməti sənayedə süni intellekt həllərini ölkəni bu sahədə aparıcı mövqeyə çıxarmaq üçün mühüm imkan hesab edir.

NUHÇIXAN xəbər verir ki, bu məsələ Almaniya Kansleri Fridrix Mertsin sədrliyi ilə Texnologiya və İnnovasiya üzrə Strateji Şuranın Berlində keçirilən üçüncü iclasında müzakirə olunub. Müzakirələrdə Almaniyanın süni intellekt üzrə milli ekosisteminin gücləndirilməsi, eləcə də müdafiə sahəsində innovasiya imkanları nəzərdən keçirilib.

Ekspertlər siyasət, iqtisadiyyat və elm sahələri arasında əməkdaşlığın gücləndirilməsinin, həmçinin Almaniyanın “Hightech Agenda”sının Avropanın innovasiya layihələri ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Süni intellektin yeni nəsil robototexnikanın inkişafında potensialı da müzakirə olunub.

Strateji Şura müdafiə sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsini və innovativ həllərdən daha geniş istifadəni dəstəkləyib. Bildirilib ki, Bundesver üçün satınalma qərarları qoşunların operativ ehtiyaclarına əsaslanmalıdır.

İclasda, həmçinin əqli mülkiyyətin qorunması və onun səmərəli istifadəsinin Almaniyanın iqtisadi və texnoloji mövqeyi üçün əhəmiyyəti qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: