Kanada Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinə (JEF) qoşulmaq üçün rəsmi müraciət edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ofisi məlumat yayıb.
Açıqlamada Böyük Britaniyanın Kanadanın bu təşəbbüsünü dəstəklədiyi bildirilib. Mark Karni və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Qlobal Döyüş Hava Proqramı çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, Birgə Ekspedisiya Qüvvələri NATO-nun 10 üzv dövlətini birləşdirən çevik reaksiya hərbi tərəfdaşlığıdır.
