Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib

A- A A+

Yəməndə Çadır Düşərgələri İdarəsinin ölkədə baş verən şiddətli toqquşmalar nəticəsində köçkün düşənlərin sayının artdığını bildirib. Qeyd olunur ki, ölkənin 8 vilayətində 18 min köçkün ailə (122 min nəfərdən çox) qeydiyyata alınıb.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, ən çox köçkün Taizdədir. Təkcə bu vilayətdə 9500 ailə didərgin düşüb.

Qeyd olunur ki, Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri ilə ölkənin qərbində möhkəmlənmiş husi qruplaşması arasında bir neçə cəbhədə silahlı toqquşmalar şiddətlənib.

Mərib və Taiz vilayətlərində husilərin nəzarətində olan ərazilər atəşə tutulub. Həmçinin əl-Moxa və Zubab şəhərləri yaxınlığındakı təchizat yolları hədəfə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: