Prezident Ərdoğan: Türkiyədə 1960-cı ildə baş verən dövlət çevrilişi millətin iradəsinə vurulan ağır zərbədir

A- A A+

Türkiyədə 1960-cı il mayın 27-də baş verən dövlət çevrilişindən sonra ölkənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfərin edam edilməsindən 65 il ötür.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan bu hadisəni anan Prezident Rəcəb Tayyib Ərdoğan bunun millətin iradəsinə vurulan ağır zərbə olduğunu deyib.

Xatırladaq ki, Türkiyədə 1946-cı ildə çoxpartiyalı siyasi sistemə keçildikdən sonra, 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiyanın (DP) 10 illik iqtidar dövründən sonra ölkədə bu partiyaya qarşı kütləvi etirazlar başlayıb. Türkiyə Silahlı Qüvvələri daxilindəki bəzi general və zabitlərin yaratdığı 38 nəfərlik Milli Birlik Komitəsi DP-nin ölkəni getdikcə bir təzyiq rejiminə və qardaş qırğınına apardığını iddia edərək 27 May çevrilişi ilə hakimiyyəti ələ keçirir.

Ölkə tarixində dərin iz qoyan bu hadisədən otuz il sonra TBMM tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: