Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda görüşəcək.
NUHÇIXAN "A Haber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tomas Barrak bildirib.
Qeyd edilib ki, iki liderin görüşü sentyabrın 22-də ümumi müzakirələrə başlayacaq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutacaq.
