Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Trampın yeni görüşündən sanballı nəticələr gözləyirik.
NUHÇIXAN "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
O qeyd edib ki, Kiyev doğrudan da Rusiya ilə enerji atəşkəsinə hazırdır, lakin rəsmi Kremlin buna maraq göstərdiyini görmür.
"Biz Prezident Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Prezident Trampla görüşünə hazırlaşırıq və hesab edirəm ki, bu, həmin görüşün əsas nəticələrindən biri ola bilər - atəşkəsin əldə olunması (Rusiya-Ukrayna münaqişəsində - red.)", - nazir vurğulayıb.
Bundan əlavə, Sibiqa dəqiqləşdirib ki, eyni zamanda söhbət həm enerji atəşkəsindən, həm də Qara dəniz akvatoriyasında hücumların dayandırılmasından gedə bilər. O, Ukraynanın müharibəni bitirmək istədiyini bir daha vurğulayıb.
