Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

A- A A+

Türkiyə universitetləri 2027-ci ildən etibarən uğurlu əcnəbi tələbələri tədqiqatçı köməkçisi kimi işə götürməyə başlayacaq. Bu addımın əsas məqsədi ölkənin ali təhsil müəssisələrini qlobal istedadlar üçün cəlbedici mərkəzlərə çevirməkdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.

O, universitetlərin ölkənin inkişafında mühüm rol oynadığını və elmi tədqiqatların sənaye ilə əlaqəsinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Cevdet Yılmazın sözlərinə görə, ölkədə həyata keçirilən “Araşdırma universitetlərinə dəstək” proqramı çərçivəsində 2026-cı ildə 548 layihəyə ümumilikdə 1,9 milyard lirəlik dəstək göstəriləcək. Bu vəsaitin 1,4 milyard lirəsi mərkəzi büdcədən, 491 milyon lirəsi isə universitetlərin öz vəsaitlərindən qarşılanacaq.

Yılmaz qeyd edib ki, Türkiyədə AR-GE xərclərinin ümumi iqtisadi dəyərindəki payı 2002-ci ildə 0,5 faiz olduğu halda, bu rəqəm 2024-cü ildə 1,5 faizə yaxınlaşıb. O, “Quacquarelli Symonds”un Dünya Universitetləri Reytinqinin 2027-ci il nəticələrində Türkiyədən 6 universitetin ilk 500-lükdə yer almasını ölkənin tədqiqat potensialının inkişafının göstəricisi kimi qiymətləndirib.

Vitse-prezident, həmçinin əcnəbi tələbələrin Türkiyədə qalmasını və ölkənin iqtisadi inkişafına töhfə verməsini təmin edəcək yeni proqramların hazırlanacağını da bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: