ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı vəziyyətdə yaxşılaşma əlamətlərinin olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yaxın həftələrdə Ebola peyvəndinin sınaqlarına başlanmasının gözlənildiyini deyib.

Bununla belə, o, epidemiyanın hələ də yayılmaqda davam etdiyini və ölüm hallarına səbəb olduğunu vurğulayıb.

KDR hakimiyyətinin məlumatına görə, ölkədə Ebola virusundan ölənlərin sayı 3 510-a, yoluxanların sayı isə 7 258-ə çatıb. Epidemiyanın əsas ocağı İturi əyalətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: