Aleksandar Vuçiç Ukraynada səfərdədir

A- A A+

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib.

O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.

A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:

"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: