Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin IX çağırış Dövlət Dumasına deputat seçkilərində distant qaydada səs verib.

NUHÇIXAN xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı görüntülərdə Vladimir Putin iş kabinetində kompüter qarşısında əyləşərək distant elektron səsvermə sistemi vasitəsilə səsini verib.

Son illərdə V.Putin əsasən elektron səsvermə üsulundan istifadə edir. 2024-cü ildə dövlət başçısı prezident seçkilərində və Moskva Şəhər Dumasına deputat seçkilərində distant qaydada səs verib. Bundan əvvəl də o, payız seçkiləri, o cümlədən Moskva meri seçkiləri zamanı onlayn səsvermədə iştirak edib.

Dövlət Dumasına deputat seçkilərində səsvermə sentyabrın 18-dən 20-dək keçirilir. Federal seçki dairəsi üzrə 10 partiyanın siyahısı qeydə alınıb: “Vahid Rusiya”, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF), Rusiya Liberal Demokrat Partiyası (LDPR), “Yeni insanlar”, “Ədalətli Rusiya”, “Sosial ədalət naminə Rusiya Pensiyaçılar Partiyası”, “Rusiya kommunistləri”, “Vətən”, “Yaşıllar” Rusiya Ekoloji Partiyası və Birbaşa Demokratiya Partiyası.

Eyni zamanda, Rusiyanın 39 regionunda qanunverici orqanlara seçkilər keçirilir. Ölkənin səkkiz subyektində region rəhbərləri birbaşa səsvermə yolu ilə, daha üç subyektdə isə regional parlamentlər tərəfindən seçilir. Ümumilikdə, hazırkı seçki kampaniyası çərçivəsində təxminən 23 min mandatın tutulması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: