Sudanın cənubunda yerləşən Abyey regionunda qəbilələr arasında baş vermiş toqquşmalar nəticəsində 26 nəfər ölüb, 82 nəfər isə yaralanıb.
NUHÇIXAN “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, region 2011-ci ildə yaranmış Cənubi Sudan Respublikası ilə sərhəddə yerləşir və mübahisəli ərazidir.
Ərazidə otlaq sahələri və ticarət məkanları uğrunda tez-tez toqquşmalar baş verir.
