Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

A- A A+

Avropa yeni enerji böhranı mərhələsinə daxil olur və Çexiya da bundan təsirlənə bilər.

NUHÇIXAN xəbər verir ki, bunu Çexiyanın sənaye və ticarət naziri Karel Qavliçek Praqada keçirilən enerji sammitində deyib. Nazir bildirib ki, enerji bazarlarında qiymətlərin artması yaxın aylarda istehlakçılara da təsir göstərə bilər. Onun sözlərinə görə, Çexiya Avropa İttifaqında enerji qiymətlərinin sabitləşdirilməsi üçün tərəfdaşlar axtarır. Qavliçek xüsusilə emissiya kvotaları sisteminə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. O, 2028-ci ildən nəqliyyat və binaların istilik təchizatını əhatə etməsi planlaşdırılan ETS 2 sisteminin təxirə salınmasını təklif edib. Nazir, həmçinin bəzi sənaye sahələri üçün mövcud ETS 1 sisteminin məhdudlaşdırılmasını istəyir. Qavliçek Avropada enerji qiymətlərinin digər regionlarla müqayisədə yüksək olduğunu qeyd edib. Onun fikrincə, qazın elektrik enerjisinin qiymətinin formalaşmasında mühüm rol oynaması bu vəziyyətə təsir göstərir. O, Avropanın enerji asılılığını azaltmaq üçün yeni mənbələr yaratmasının vacibliyini də bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: