Gürcüstan və Nauru Respublikası (Nauru) arasında diplomatik münasibətlər qurulacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, müvafiq sənəd Gürcüstan Baş nazirinin səfəri çərçivəsində Nyu-Yorkda imzalanacaq.
Məlumatda deyilir: "Gürcüstan hökuməti bu gün Gürcüstan və Nauru Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında protokolun imzalanması haqqında fərman imzalayıb”.
