İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır.
NUHÇIXAN xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi bildirib.
"Biz düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 faiz hazırıq", - deyə o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin liderləri ilə BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini bildirib.
"Axios" portalı isə həmin görüş zamanı Trampın İranla müharibədə atılacaq növbəti addımları da müzakirə edəcəyini yazıb.
ABŞ Prezidenti İran ərazisinə yeni zərbələrin endirilməsi ehtimalını da istisna etməyib. "Mənim qarşıda mühüm qərar qəbul etməyim lazımdır. Onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, ciddi qərardır. Mən istənilən qərarı verə bilərəm", – deyə Tramp "Axios" portalına bildirib.
