Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

A- A A+

ABŞ Prezidenti Donald Tramp İranın iki ölkə arasında davam edən münaqişə fonunda Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını bildirib.

NUHÇIXAN xəbər verir ki, Tramp "NewsNation" telekanalına müsahibəsində İranın hazırda ABŞ-la razılaşma əldə etmək istədiyini deyib.

O, "Hazırda onlar razılaşma əldə etmək istəyirlər. Əgər bu, düzgün razılaşma olmayacaqsa, mən hətta ona baxmayacağam. Amma hazırda onlar razılaşma istəyirlər, çünki hər baxımdan uduzurlar", – deyə bildirib.

ABŞ Prezidenti hərbi əməliyyatların davam etdirilməsi və daha əvvəl İranı "məhv etmək" imkanından danışması ilə bağlı suala cavabında isə "Görək nə baş verəcək", - deyə qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: