Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

A- A A+

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var. Hücum nəticəsində 100-dən çox insan yaralanıb.

Bildirilir ki, atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı hücumçunu zərərsizləşdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: