Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

A- A A+

Almaniyanın ABŞ-yə sifariş verdiyi “F-35A qırıcı təyyarələrinin ilk partiyasını təhvil alıb.

NUHÇIXAN xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Texas ştatında Bundesver üçün nəzərdə tutulan ilk “F-35A” qırıcısını rəsmi olaraq qəbul edib. Nazir bu hadisəni Almaniya Hərbi Hava Qüvvələri üçün yeni eranın başlanğıcı, eyni zamanda, transatlantik tərəfdaşlığın gücünün və Almaniya ilə ABŞ arasında uğurlu əməkdaşlığın canlı sübutu kimi dəyərləndirib.

ABŞ-nin “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35A” qırıcılarından Almaniya ümumilikdə 35 ədəd alacaq. İlk təyyarələrin tədarükünə bu il başlanıb, onıarın tam döyüş hazırlığına 2029-cu ildə çatdırılması planlaşdırılır. Alman pilotlarının hazırlığı məqsədilə ilk təyyarələr ilkin mərhələdə ABŞ-də qalacaq.

“F-35A”nın əsas xüsusiyyətləri arasında böyük həcmdə məlumatların real vaxtda toplanması və müxtəlif hərbi sahələr üzrə vahid əməliyyat mənzərəsinin yaradılması göstərilir. Təyyarə, həmçinin pilotsuz uçuş aparatları ilə birgə fəaliyyət göstərə bilir.

Qırıcıların Almaniyadakı əsas bazası Eifeldə yerləşən Büxel aviabazası olacaq. Buradakı infrastrukturun yenilənməsinə təxminən 2 milyard avro ayrılıb. Planlara əsasən, uçuş əməliyyatları üçün infrastruktur 2027-ci ildə hazır olacaq.

“F-35A” proqramında Almaniya sənayesi də iştirak edir. “Rheinmetall” şirkəti təyyarələrin gövdəsinin orta hissələrinin istehsalını həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: