Avropa İttifaqının (Aİ) antiinhisar orqanları Finlandiyanın “UPM-Kymmene” və Cənubi Afrikanın “Sappi” şirkətləri arasında 1,42 milyard avro dəyərində birgə müəssisənin yaradılması ilə bağlı sazişi bloklaya bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, şirkətlər Avropa Komissiyasının rəqabətin məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün güzəştlər təklif etməkdən imtina ediblər. Bundan əlavə, “UPM-Kymmene” və “Sappi” qapalı dinləmələr zamanı layihənin üstünlükləri ilə bağlı Komissiyanı inandıra bilməyiblər.
Şirkətlər birgə müəssisənin yaradılmasının sənayenin dayanıqlığını və xarici şoklara qarşı davamlılığını artıracağını bildiriblər.
