ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

A- A A+

Türkiyənin “ASELSAN” şirkəti dəniz platformaları üçün hazırladığı uzaqdan idarə olunan “SMASH 300” silah sisteminin yeni imkanlarını nümayiş etdirib.

NUHÇIXAN xəbər verir ki, “SMASH 300” süni intellekt dəstəyi və ATOM ağıllı sursat inteqrasiyası sayəsində suüstü hədəflərlə yanaşı, mini və mikro PUA-lara qarşı da istifadə oluna biləcək.

Atış sınaqlarında sistem tək və çoxsaylı hava hədəflərinə qarşı effektivliyini nümayiş etdirib.

Yeni sistemdə hədəflərin aşkarlanması və izlənilməsi, obyektlərin təsnifləndirilməsi, elektro-optik müşahidə imkanları və sursat tutumu artırılıb.

Bununla bağlı “ASELSAN”dan verilən açıqlamada bildirilib ki, “SMASH 300”ün əsas məqsədi Türkiyə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Komandanlığının dəniz platformalarının müdafiə imkanlarını yerli və milli texnologiyalarla gücləndirməkdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: