Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

A- A A+

Mançester hava limanında uçuş-enmə zolağında yaranan çuxur səbəbindən çoxsaylı reyslərdə gecikmələr qeydə alınıb.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, zolaqlardan birində yaranan problem təxminən iki saat davam edib. Bildirilib ki, hadisə nəticəsində uçuşlarda ciddi gecikmələr yaranıb və onların axşam saatlarınadək davam edəcəyi gözlənilib. Antalya, Lissabon və Rodosdan Mançesterə uçan 3 reys yaranmış vəziyyətlə əlaqədar Liverpul hava limanına yönləndirilib. Daha sonra uçuş-enmə zolağı yenidən istifadəyə verilsə də, yaranmış fasilənin təsiri nəticəsində Mançester hava limanında gecikmələr davam edib.

Qeyd olunur ki, bu, son həftələrdə hava limanında qeydə alınan ikinci oxşar hadisədir. Avqustun 31-də “Delta Zulu” adlanan kəsişmə nöqtəsində də uçuş-enmə zolağına təsir edən çuxurun yarandığı bildirilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: