İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

A- A A+

İran ABŞ-nin hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı barədə məlumat əldə etdiyini açıqlayıb. Bildirilib ki, ABŞ tərəfindən hər hansı hücum baş verəcəyi təqdirdə, İran qarşılıqlı olaraq ABŞ-nin bazalarına davamlı zərbələr endirəcək.

NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bu, İran Silahlı Qüvvələrinin Vahid Döyüş Komandanlığının bəyanatında əks olunub.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Tehranın Hörmüz boğazının açılması ilə bağlı şərtlərini vasitəçilərlə ABŞ tərəfinə çatdırdığını bildirib. Onun sözlərinə görə, İranın hüquqlarının tanınması və ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi təmin edilməyənədək danışıqlara qayıdış və boğazın açılması mümkün olmayacaq.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də Tehranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən əvvəl danışıqlara qayıtmayacağını deyib. Möhsün Rzayi bildirib ki, Tehranın irəli sürdüyü şərtlərə bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş vəsaitlərinin sərbəst buraxılması və dəniz blokadasına son qoyulması daxildir. O qeyd edib ki, Qətər və pakistanlı vasitəçilərlə məsləhətləşmələr davam edir. Rzayinin sözlərinə görə, Tehran ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: