ABŞ tərəfindən sanksiyaya məruz qalan İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb.
NUHÇIXAN xəbər verir ki, İran aviaşirkətləri son reyslərini sentyabrın 20-də həyata keçiriblər.
Bu gündən etibarən onların Gürcüstan aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, ABŞ sentyabrın 8-də İran aviaşirkətlərinə sanksiya tətbiq edib. Sanksiyaların elan edilməsindən sonra Gürcüstan tərəfi beynəlxalq sanksiyalar rejiminə tam riayət edəcəyini bəyan edib.
