ABŞ-də dizel yanacağının pərakəndə satış qiyməti tarixdə ilk dəfə bir qallon üçün 6,50 dolları keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyasının məlumatında deyilir. Bildirilir ki, dizelin orta qiyməti qallon üçün 6,505 dollara yüksəlib. Qiymət artımı sentyabr ayında sürətlənib və bu ay dizelin qiyməti 87 sentdən çox artıb. Qiymətlər demək olar ki, hər gün artaraq 2022-ci ildə müşahidə olunan pik həddi keçib.
Ekspertlərin fikrincə, Yaxın Şərqdəki müharibə nəticəsində dizel yanacağında qiymət artımı davam edir. Qiymət artımı ABŞ iqtisadiyyatın bütün sektorlarına yayılır.
Qlobal dizel təchizatı isə ABŞ-İran müharibəsi fonunda məhdudlaşıb. Hörmüz boğazından tankerlərin keçidinə qoyulan məhdudiyyətlər təklifə təzyiqi daha da artırır.
Bundan əlavə, regiondan xam neft daşınması hələ müharibədən əvvəlki səviyyəyə tam qayıtmayıb. Bu vəziyyət dünyanın digər yerlərindəki neft emalı zavodlarında yanacaq istehsalını məhdudlaşdırır.
Həmçinin, Rusiya dizel və digər yanacaq ixracının böyük bir hissəsini qadağan edib. Bildirilir ki, Moskva Ukraynanın Rusiya neft emalı zavodlarına davamlı dron hücumları səbəbindən bu məhdudiyyəti oktyabr ayına qədər uzada bilər.
