Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 581 milyon 706,77 min dollar təşkil edib ki, bu da illik müqayisədə 35,5 faiz və ya 152 milyon 372,72 min dollar çoxdur.
Səkkiz ayda Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,3 faiz olub.
Hesabat dövrü ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neftə dair məlumatlar nəzərə alınmaqla Azərbaycandan dəyəri 9 milyard 281 milyon 893,55 min dollar olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
