Paşinyan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

NUHÇIXAN xəbər verir ki, N.Paşinyan müvafiq videomüraciəti sosial şəbəkədəki səhifəsində paylaşıb.

"Biz BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçuruq", - o bildirib.

Baş nazirin mətbuat katibi Melaniya Arutyunyan bildirib ki, Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-də işgüzar səfərdə olacaq.

O, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.

Səfər zamanı Paşinyan BMT-nin Baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: