Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında silahlı insident törədən şəxs saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, onun müşahidə kameraları vasitəsilə müəyyən edildiyi bildirilir.
Xatırladaq ki, hadisə bu gün yerli vaxtla saat 08 radələrində baş verib. Aralarında şagirdlər də olmaqla 5 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
11:04
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında silahlı insident baş verib.
NUHÇIXAN xəbər verir ki, ilkin məlumata əsasən, yerli vaxtla saat 08:00 radələrində naməlum şəxs məktəbin qarşısında ətrafa atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Polis və təcili tibbi yardım qrupları əraziyə cəlb olunub.
Hadisə zamanı aralarında şagirdlər də olmaqla 5 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Manisa Valiliyi hadisə ilə bağlı araşdırmanın başlandığını, şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirlərinin həyata keçirildiyini bildirib.
