Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

A- A A+

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib.

NUHÇIXAN Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq sənəd imzalayıb.

Qazaxıstan Xalq Şurası ölkə xalqının maraqlarını təmsil edən ali konstitusion orqandır. Onun tərkibinə etnomədəni birliklərin 42, ictimai təşkilatlar və başqa qeyri-kommersiya təşkilatlarının 42, habelə ölkə paytaxtının, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin məşvərətçi və ictimai şuralarının 42 nümayəndəsi olmaqla Qazaxıstan vətəndaşları daxildirlər.

Konstitusiya qanunu ilə nəzərdə tutulan istisnalarla Şuranın səlahiyyət müddəti dörd ildir.

Qazaxıstan Xalq Şurası dövlətin daxili siyasəti ilə bağlı əsas istiqamətlər üzrə təkliflər və tövsiyələr hazırlayır, parlamentə qanun layihələrini təqdim edir və ümumxalq referendumunun təyin olunması təşəbbüsünü irəli sürür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: