Litva Prezidenti Gitanas Nauseda Amerika qoşunlarının yeni kontingentinin bu ölkəyə göndərildiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, “European Pravda” nəşri Litva Prezidentinin açıqlamasını dərc edib.
Hazırda ABŞ-də səfərdə olan Nauseda qeyd edib ki, Litvaya yeni Amerika qoşun kontingentinin göndərildiyi barədə təsdiqi artıq alıb.
O əlavə edib: “Bu, Litva üçün əla xəbərdir - Amerika qoşunları ölkəmizdə qalmağa davam edəcək. Biz təkcə Litvanın deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə Prezident Donald Trampa və ABŞ administrasiyasına minnətdarıq”.
Nauseda qeyd edib ki, Amerika qoşun kontingentinin sayı hələ tam müəyyən edilməyib, lakin onun tərkibi əvvəlkindən az olmayacaq.
Bu yay mindən çox Amerika əsgəri Litvada rotasiya müddətini başa vurub.
