Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə Qrenlandiyanın təhlükəsizliyinə dair yeni saziş imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sənəd Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən mərasimdə imzalanıb.

Razılaşma Arktikada təhlükəsizliyin gücləndirilməsini və ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarının genişləndirilməsini nəzərdə tutur. Tramp saziş çərçivəsində Qrenlandiyada ABŞ-nin yeni iki böyük hərbi bazasının yaradılacağını bildirib.

Danimarka və Qrenlandiya tərəfi razılaşmanın Danimarkanın suverenliyinə, eləcə də Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna təsir etmədiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: