Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

A- A A+

Yaponiyanın mərkəzi Sakit okean sahillərini sentyabrın 20-də vuran “Dujuan” tayfunu nəticəsində 9 nəfər ölüb, 4 nəfər itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kanagava və Çiba prefekturalarının polisi məlumat yayıb.

Ölənlərin əksəriyyətinin güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində həyatını itirdiyi bildirilir.

Təbii fəlakət nəticəsində 500-dən çox evə ciddi ziyan dəyib, iki prefekturada 25 min ev elektrik enerjisiz qalıb. Bölgənin yollarında 100-dən çox avtomobil su altında qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: