Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

A- A A+

Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Şimali Koreya ilə dialoqa hazır olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, Takaiçi BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Yaponiya ilə Şimali Koreya arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

“Yaponiyanın və Şimali Koreyanın gələcəyi naminə, Yaponiya-Şimali Koreya Pxenyan Bəyannaməsinə uyğun olaraq qarşılıqlı faydalı münasibətlər qurmaq üçün dialoqa və konkret tədbirlər görməyə hazıram”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Pxenyan Bəyannaməsi 2002-ci il sentyabrın 17-də Yaponiyanın Baş naziri Cuniçiro Koizuminin Pxenyana səfəri zamanı imzalanıb. Sənəd tərəflərin münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: