Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

A- A A+

Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyanın nüvə və raket proqramlarının dondurulması barədə razılığa gəlməyi, daha sonra isə nüvəsizləşdirmə istiqamətində irəliləməyi təklif edib.

NUHÇIXAN xəbər verir ki, Li Çje Myon bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

Cənubi Koreya lideri Seulun ABŞ və KXDR arasında dialoqu dəstəklədiyini, həmçinin Koreya müharibəsinə son qoyan atəşkəsi əvəzləyəcək “Koreya yarımadasında sülh rejiminin” yaradılmasına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, proses əvvəlcə KXDR-nin nüvə və raket proqramlarının inkişafının dayandırılması, orta müddətdə silahların azaldılması və uzunmüddətli perspektivdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə davam etməlidir.

Qeyd edək ki, KXDR-də nüvəsizləşdirmə çağırışları ölkənin konstitusiya quruluşuna təhdid kimi qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: