Türkiyənin Daxili İşlər Nazirliyi 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə, 47-si isə milli səviyyədə axtarılan 76 şəxsin ölkəyə ekstradisiya edildiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, nazirliyin məlumatına görə, bu şəxslərdən 61-i Gürcüstandan, 4-ü Yunanıstandan, 4-ü Almaniyadan, 2-si Fransadan, 2-si ABŞ-dən, digərləri isə Böyük Britaniya, Serbiya və Azərbaycandan Türkiyəyə təhvil verilib. Beynəlxalq və milli səviyyədə axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
