Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

A- A A+

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə husilərlə hökumət qüvvələri arasında şiddətlənən toqquşmalar nəticəsində köçkünlərin sayının təxminən 230 min nəfərə çata biləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, Ali Komissarlığın sözçüsü Babar Baluşun açıqlamasına görə, qarşıdakı üç ay ərzində Yəməndə vəziyyət sabitləşməsə, daxili köçkünlərin, o cümlədən Cibuti, Somali və başqa qonşu ölkələrə sığınmış yəmənli qaçqınların sayının artacağı gözlənilir.

Bununla yanaşı, qeyd olunub ki, təxminən 3 min nəfər yəmənli qayıqlarla Afrikadakı qonşu ölkələrə sığınıb. Bu rəqəm qarşıdakı ay ərzində artaraq 10 minə çata bilər.

Eyni zamanda, qaçqın və köçkünlərə təcili humanitar yardımların çatdırılmasının təmin edilməsinə çağırış olunub. Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Yəmənlə bağlı təcili yardım planı 20 faiz maliyyələşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: