İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

A- A A+

Dünya birjalarında neft qiymətləri azalıb.

NUHÇIXAN xəbər verir ki, "Brent" markalı xam neftin fyuçersləri 94 sent və ya 0,9 faiz ucuzlaşaraq bir barreli 102,13 dollaradək azalıb.

ABŞ-ın WTI markalı xam nefti isə 59 sent və ya 0,39 faiz ucuzlaşaraq bir barreli 91,56 dollardan ticarət olunub.

Bu ucuzlaşma neftin ötən gün 4 faiz bahalaşmasından sonra baş verib. ABŞ və İranın hələ də razılıq əldə etməməsinə rəğmən qiymətlərin azalmasına səbəb, İranın ABŞ-İran münaqişəsinə son qoymaq üçün diplomatiyaya açıq olduğunu bəyan etməsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: