Fransada COVID-19-a yoluxanların sayı artır

A- A A+

Fransada yeni tədris ilinin başlamasından sonra COVID-19 virusunun yayılmasında artım qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, “Sante publique France”ın son məlumatlarına görə, sentyabrın əvvəlindən etibarən virusla əlaqədar həkimə müraciətlərin və xəstəxanaya yerləşdirmələrin sayı bütün yaş qrupları üzrə artıb.

Sentyabrın 14-dən 20-dək əvvəlki 7 günlə müqayisədə “SOS Medecins” şəbəkəsində COVID-19 şübhəsi ilə bağlı müraciətlərin sayı ölkə üzrə 76 faiz artıb. Bu, bütün yaş qrupları üzrə əlavə 390 müraciət deməkdir.

Təcili tibbi yardım şöbələrində də oxşar dinamika müşahidə olunub. “Oscour” şəbəkəsinin məlumatına görə, həmin dövrdə COVID-19 şübhəsi ilə bağlı təcili yardıma müraciətlər uşaqlar arasında 16, böyüklər arasında isə 67 faiz yüksəlib.

Bununla belə, “Sante publique France” bildirir ki, virusun hazırkı yayılma səviyyəsi əvvəlki dörd ilin eyni dövründə qeydə alınan göstəricilərdən aşağıdır.

Fransada COVID-19-a qarşı peyvənd kampaniyasının qripə qarşı peyvəndləmə ilə eyni vaxtda, oktyabrın ortalarında başlaması planlaşdırılır. Kampaniya zamanı, ilk növbədə, yaşı 65-dən çox şəxslərə üstünlük veriləcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: