Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

A- A A+

Bolqarıstan neft məhsullarının ixracına dair məhdudiyyətləri ləğv edib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Bolqarıstan Parlamenti ölkənin ən böyük neft emalı zavodunu idarə edən Rusiyanın “LUKoil” enerji şirkətinə qarşı sanksiyalardan sonra 2025-ci il oktyabrın 31-də neft məhsullarının ixracına tətbiqinə başlanılan məhdudiyyətləri ləğv edib. Parlamentdə keçirilən səsvermədə neft məhsullarının xarici bazarlara, əsasən Avropa İttifaqı ölkələrinə ixracına və Aİ daxilində çatdırılmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan tənzimləmə 121 səslə təsdiqlənib.

Yeni qayda dizel və aviasiya yanacağının Aİ ölkələrinə və digər xarici bazarlara ixracının bərpasına yol açır.

Məhdudiyyətlərin aradan qaldırılması üçün əsaslandırma ABŞ və Böyük Britaniya tərəfindən Bolqarıstandakı “LUKoil” şirkətlərinə və Burqasdakı “LUKoil Neftohim” neft emalı zavoduna verilən xüsusi lisenziyalar və istisnalara istinad edilib.

Böyük Britaniya “LUKoil” şirkətlərinin Bolqarıstanda fəaliyyət göstərməsi üçün lisenziyanı 2026-cı il oktyabrın 29-dək uzatmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: